Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib

Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçirilib Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının
Alimlər Evində
bu qurumun və
Azərbaycan Respublikasının
Prezidenti yanında
Bilik Fondunun
təşkilatçılığı ilə
dünya şöhrətli
detektiv yazıçısı,
Azərbaycan Yazıçılar
Birliyinin katibi,
Xalq yazıçısı
Çingiz Abdullayevin
yaradıcılıq gecəsi keçirildi.

Zim.az bildirir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Alimlər Evində təşkil olunan ilk görüşün əhəmiyyətini vurğulayaraq, əsas məqsədin dünya şöhrətli yazıçı Çingiz Abdullayevi daha yaxından tanımaq olduğunu bildirdi.
Alim Çingiz Abdullayevin ən çox oxunan dedektiv yazarlardan biri olduğunu qeyd edərək, böyük yazıçının zəngin ədəbi yaradıcılğından söz açdı. Onun yaratdığı “Dronqo” obrazının milyonlarla oxucu tərəfindən sevildiyini, bu obrazın öz sələfi olan detektiv qəhrəmanlarının bir çox müsbət keyfiyyətlərini özündə birləşdirdiyini diqqətə çatdırdı: “Görkəmli yazıçının əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın yüzlərlə ölkəsində böyük məhəbbətlə oxunur”.

AMEA-nın vitse-prezidenti dedektiv janrın görkəmli nümyəndəsi olan Çingiz Abdullayevi tanınmış dünya yazarları ilə müqayisə edərək onun siyasi detektiv əsərlərinin dünyada örnək kimi qəbul edildiyini bildirdi.

Sonra Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışdı.
O, gənclərimizi xalqın mədəni inkişafı naminə daha çox bədii kitab oxumağa və güclü mütaliələr aparmağa səslədi.
Ç.Abdullayev neçə-neçə görkəmli xalq yazıçılarının təmsil olunduğu Azərbaycan Yazıçılar İttifaqının ədəbiyyat tariximizdə əvəzsiz rolunu qeyd edərək bu qurumun üzvü olduğu üçün qürur hissi keçirdiyini dilə gətirdi.

Ç.Abdullayev yazıçı beyninin məhsulu olan əsərlərin hansı dildə yazılması məsələsinə də toxundu. Qeyd etdi ki, vacib məqam mahiyyət etibarilə yazarın dünya miqyasında qəbul olunması və oxucu kütləsi qazanmasıdır.

Yazıçı son zamanlar cəbhə xəttində baş verən hadisələrə də münasibət bildirərək bu məsələnin öz müsbət həllini tapması üçün güclü təbliğat işlərinin aparılmasının vacibliyini vurğuladı. Bu işlərin həyata keçirilməsi, ölkə həqiqətlərinin dünyaya çatdırılması yönündə Azərbaycan yazıçıları üzərinə də mühüm vəzifələrin düşdüyünü dilə gətirdi.
Xalq yazıçısı Çingiz Abdullayev bu kimi səmərəli görüşlərin təşkili üçün AMEA rəhbərliyinə təşəkkürünü bildirdi.

Sonda yazıçı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: