GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva aprelin 11-16-da Polşada elmi ezamiyyətdə olub. Səfər proqramı zəngin və səmərəli olub.

Varşava Universiteti, Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Varşavada təşkil edilən Azərbaycan - Polşa IV Beynəlxalq Elmi Konfransı aprelin 11-də keçirilib. 3 bölmədə təşkil edilən konfransın “Elm və mədəniyyət”, “Ədəbiyyat və dilçilik”, “Müasir siyasi əlaqələr” bölmələrində bir çox polşalı və azərbaycanlı alimlərin aktual mövzulara həsr edilmiş məruzələri dinlənilib.

“Ədəbiyyat və dilçilik bölməsinin moderatoru olan Gövhər Baxşəliyeva “Görkəmli Azərbaycan alimi akademik Ziya Bünyadovun əsərlərində Avropa medievistikasının nailiyyətləri” adlı məruzəsini “Elm və mədəniyyət” bölməsində təqdim edib.

Konfransda həmçinin Azərbaycandan - AMEA Nizami adına Ədəbiyyat İns­titu­tunun elmi katibi, profes­sor Bə­dir­xan Əh­mə­dov “Azərbaycan ədəbi, ictimai fikrində avropalaşma”, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin kafedra müdiri, pro­fes­sor Fərhad Rəh­manov “Azərbaycanda təhsil və elm”, AMEA Nizami adına Ədə­biyyat İnstitutunun dokto­rantları - ADPU-nun Quba filialının dosenti, fəlsəfə dok­toru Gül­şən Ağa­bəy “Səməd Mənsur satirasında vətəndaşlıq” və AzTU-nun əməkdaşı, "Ziya" qəzetinin və "Zim.Az" saytının Baş redaktoru Müşfiq Borçalı (Ço­ba­nov) “Gürcüstanda Azərbaycan dramaturgiyasının inkişaf meylləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfrans iştirakçılarının diqqətini polşalı alimlərin Azərbaycanla bağlı maraqlı məruzələri cəlb edib. Bu sıradan Krakov Universitetinin magistrantı Aqata Paulinanın “Milliliyi itirmədən qərbləşmə. Azərbaycanın müasir musiqi mədəniyyəti”, Varşava Universitetinin doktoru Kamilla Stankeviçin “Azərbaycan və türk dillərinin qrammatikasında oxşarlıq və fərqliliklər”, Varşava Universitetinin doktorantı Vyaçeslav Çernevin “Oğuz və qıbçaq dillərində fel (başqırd və Azərbaycan dilləri misalında): müqayisə aspekti”, Vrotslav Universitetinin doktoru Marçin Syenkiyeviçin “XXI əsr Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri”, Varşava Universitetinin magistrantı Bartoş Mendikin “İpək yolunun Azərbaycan hissəsi”, Yaqellon Universitetinin doktoru Qrajina Zayontsun “Yakub Qordonun “Qafqaz və ya Şamilin son günləri” romanında Qafqaz obrazı”, II Yan Pavel Universitetinin magistrantı Qjeqoj Qilevskinin “1927-1944-cü illərdə Lvovda Yan Kazimir Universitetində Məhəmməd Sadiq bəy Ağabəyzadənin didaktik-elmi fəaliyyəti”, Varşava Universitetinin doktoru Kamil Sobçakın “Təbii qazın Avropa İttifaqına idxalında Azərbaycanın rolu” adlı məruzələrini xüsusi qeyd etmək olar.

Konfransda məruzələrin müzakirəsi zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də danışılıb, G.Baxşəliyeva tərəfindən tədbir iştirakçılarına münaqişə və cəbhə xəttində son hadisələr barədə ətraflı məlumatlar verilib.

Aprelin 12-də G.Baxşəliyeva Polşa Elmlər Akademiyasında şərqşünas alimlər qarşısında “Azərbaycan şərqşünaslıq elminin inkişafı” mövzusunda geniş mühazirə oxuyub. Müzakirələr zamanı polşalı alimlərə Qafqazda və Cənubi Azərbaycanda erməni millətçi dairələrinin təhriki ilə silahlı erməni dəstələri tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilmiş soyqırım və etnik təmizləmə haqqında ətraflı məlumatlar verilib.

Aprelin 13-də Gövhər xanım Varşavada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib. Görüşdə Azərbaycan elmi və təhsili barədə ətraflı söhbət aparılıb, tələbələrin problemləri dinlənilib, sualları cavablandırıb, qaldırdıqları məsələlərə aydınlıq gətirilib.

Aprelin 14-də Polşa Elmlər Akademiyasının Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutunda görüş keçirilib. Görüşdə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Polşa Elmlər Akademiyasının Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb. İnstitutların rəhbərləri - AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva doktor, professor Teodosiya Rzeuska tərəfindən imzalanan sənəd uyğun şöbələr arasında qarşılıqlı fayda kəsb edən layihələrin, elmi tədqiqat işlərinin həyata keçirilməsini, elmi işçi və doktorantlar üçün ixtisaslaşmış kursların təşkilini, kadrların qarşılıqlı mübadiləsini, zəruri ədəbiyyat və dövri nəşrlərin mübadiləsini, birgə simpozium və konfransların təşkilini və s.-ni nəzərdə tutur.

G.Baxşəliyeva səfər çərçivəsində Varşava Universitetinin kitabxanasında və Polşa Milli Kitabxanasında ərəb, fars və türk dillərində olan materiallarla tanış olub.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: