ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, respublikamızın 5-ci xarici işlər naziri (1999-2004), Dövlət mükafatı laureatı, tənqidçi, ədəbiyyatşünas, ədəbiyyat tarixçisi, publisist, filologiya elmləri doktoru, professor Vilayət Quliyev bir vaxtlar aspirantlıqdan elmi işlər üzrə direktor müavini vəzifəsinədək yüksəldiyi AMEA Nizami adına Ədəbiyyat İnstitutunu ziyarətə gəlmişdir.

Ədəbiyyat İnstitutundan Zim.Az-a bildiriblər ki, Fövqəladə və səlahiyyətli səfiri Milli Məclisin komitə sədri, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli qarşılayıb, ona son üç ildə institutda aparılan elmi islahatlar barədə ətraflı məlumat verib.

Cənab səfir 1980-1990-cı illərdə çalışdığı Nizami adına Ədəbiyyat İnstitutundakı müasir elmi-texniki yeniliklərlə tanış olub razılığını bildirib, iki il əvvəl yaradılan Mətbuat tarixi və publisistika şöbəsi ilə təmaslarından söz açdı və "Füyuzat" jurnalının 110 illiyi münasibətilə yeni yazdığı kitabı bu şöbəyə təqdim edəcəyini vurğulayıb.

İşgüzar şəraitdə keçirilən görüşdə Azərbaycan - Macarıstan ədəbi-mədəni əlaqələrinin perspektivləri, müştərək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Akademik İsa Həbibbəyli Azərbaycan klassiklərinin əsərlərinin macar dilinə çevrilib nəşr edilməsi sahəsindəki xidmətlərinə və vaxt tapıb İnstituta gəldiyinə görə Vilayət Quliyevə təşəkkürünü bildirib.

Görüşdə Mətbuat tarixi və publisistika şəbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli də iştirak etmişdir.
Bakı. 02.09.2016

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: