Rəyasət Heyətinin
növbəti iclası keçirilib.
İclasda AMEA-nın
Türk Dünyası Elmlər Akademiyaları Birliyinə rəhbərlik etməsi və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.
ZiM.Az xəbər verir ki,
məsələ ilə bağlı çıxış edən
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli Türk Dünyası Elmlər Akademiyaları Birliyindən
söz açıb.
Bildirib ki, birlik Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin elmlər akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, birgə elmi layihələr həyata keçirmək, çoxcildlik nəşrlər hazırlamaq, ortaq elmi mövqedən çıxış etmək məqsədilə yaradılıb. Türk Dünyası Elmlər Akademiyaları Birliyinə 2016-cı ildə Qazaxıstan, 2017-ci ildə isə Türkiyə elmlər akademiyalarının sədrlik etdiyini deyən akademik İsa Həbibbəyli birliyin qərarı ilə rəhbərliyin bu il AMEA-ya keçdiyini vurğulayıb.
Tədbirdə 2018-ci ilin may-iyun aylarında Bakıda birliyin növbəti iclasının, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti və Türk Dünyası Muxtar Qurumlarının 100 illiklərinə həsr olunmuş beynəlxalq elmi konfransların keçirilməsi qərara alınıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.