Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub TƏBRİK EDİRİK!..

Azərbaycan Yazıçılar Birliyində (AYB)
Beynəlxalq
Rəsul Rza Mükafatı
laureatlara
təqdim olunub.


Hər il Azərbaycanın
Xalq şairi Rəsul Rzanın
doğum günü ərəfəsində
təqdim olunan bu mükafat
Beynəlxalq Rəsul Rza
Fondu tərəfindən
təsis edilib.


İlk mükafat AMEA-nın vitse-prezidenti, Millət vəkili, akademik İsa Həbibbəyliyə təqdim olunub.

Həmçinin Xalq rəssamı Arif Hüseynov, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, AYB Qarabağ Bölməsinin sədri, professor Ənvər Əhməd, şairlər Maşallah Məftun, Tahir TaisoğluEtibar Vəliyev də Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülüblər.

Laureatlar Azərbaycan poeziyasının görkəmli siması Rəsul Rza yaradıcılığı haqqında fikirlərini bölüşüb, mükafatın onlar üçün dəyərli olduğunu vurğulayıblar.

ZiM.AZ


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: