VƏ TANIDAQ!..
Prof. Xaləddin İbrahimli - 60
Xaləddin Cəlal oğlu İbrahimli - 1958-ci il sentyabrın 5-də
qədim Borçalı mahalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı Gəyliyən kəndində anadan olub.
1974-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.
X.İbrahimli 1978-ci ildən indiyə qədər fasiləsiz olaraq elmi-pedaqoji fəaliyyətdədir.
1992-ci ildən isə həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir.
1992-1993-cü illərdə "Yeni Müsavat" qəzetinin redaktoru olmuşdur.
1997-ci ildə "Sabah" qəzetinin yenidən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş redaktoru, 1997-1998-ci illərdə işıq üzü görən "Kavkaz" jurnalının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur.
Bu jurnal Qafqazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jurnalın 8 Qafqaz cümhuriyyətində redaksiyaları qurulmuşdur.
X.İbrahimli "Çənlibel" ədəbi-bədii birliyinin yaranmasında yaxından iştirak etmiş, bu birliyin fəallarından olmuşdur. "Borçalı" cəmiyyətinin yaradıcılarından biri olmuşdur. AXC-nin qurulmasında yaxından iştirak etmişdir. 1991-ci ildə Müsavat Partiyasının bərpasına qoşulub, təşkilatın Azərbaycanda bərpaçılarındandır.
1992-1996-cı illərdə Müsavat Divanının üzvü, Milli Tənasüd komissiyasının sədri olmuşdur. 1997-ci ildə öz ərizəsi ilə Müsavatın sıralarını tərk etmiş və elə həmin il AXCP sıralarına daxil olmuş, AXCP Ali Məclisinin və onun Rəyasət heyətinin üzvü, Rəyasət heyəti Analitik Mərkəzinin rəhbəri seçilmişdir.
Xaləddin İbrahimli 1991-ci ildə ADPU-da "Ünsiyyət mədəniyyəti və onun formalaşdırılması yolları" problemi üzrə namizədlik (Pedaqoji elmlər namizədi), 2000-ci ildə "Azərbaycan siyasi mühacirəti" (1920-1991) mövzusunda doktorluq dissertasiyası (Tarix elmləri doktoru) müdafiə etmişdir.
"Azərbaycan siyasi mühacirəti (1990-1991-ci illərdə") (Bakı, Elm, 1996. 304 səh.), "Yeni Avrasiya Qafqazı" (Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2000, 131 səh.), "Deyişen Avrasiyada Kafkasiya" (Ankara: ASAM, 2001, 96 səh.) ,"Aзербайджанцы Грузи" (Москва, Издателства Европа, 2006, 151 стр.), "Azərbaycan Mühacirəti Tarixi" (Bakı, 2012, 400 səh.) və s. kitabların müəllifidir.
Bir sıra kitab və topluların elmi redaktəsində, çapa hazırlanmasında yaxından iştirak etmişdir.
Azərbaycanda, eləcə də xarici ölkələrdə dərc edilən qəzet və jurnallarda yüzdən artıq elmi, publistik məqalələri dərc edilmişdir.
O, indiyədək 20 ittifaq və respublika səviyyəli kofranslarda iştirak edib, elmi məqalələr çap etdirmişdir.
X.İbrahimli bir müddət Xəzər Universitetində hüquq və sosial elmlər fakültəsində dekan müavini, sonra Azərbaycan Univetsitetinin prorektoru, daha sonra isə Azərbaycan Turizm Univetsitetinin prorektoru vəzifələrində çalışıb.
Hazırda Türkiyədə yaşayır. Avrasya Üniversitesinin Uluslararası İlişkiler bölümünün başkanıdır.
Biz də dəyərli soydaşımız çox hörmətli professor Xaləddin İbrahimliyə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Prof XALƏDDİN İBRAHİMLİNİN İŞTİRAK ETDİYİ
BEYNƏLXALQ KONFRANSLAR VƏ SEMİNARLAR
• Qafqaz mühacirləri Polşada, dekabr, 2006, Varşava, Polşa
• Azərbaycan Rusiya münasibətləri yeni mərhələdə, 2005, Moskva, RF
• Qloballaşma: Şərq və Qərbin dialoqu, iyul, 2002, Ankara
• Qloballaşma regionalizmə qarşı, noyabr 25-dekabr 2, 2001, Qummersbax, Almaniya
• Qafqazda stabillik problemi, oktyabr, 2001, Bakı
• Azərbaycanda özünüdərk problemi, noyabr 21, 2001, Bakı
• Qarabağ: hərb, yoxsa sülh, iyun, 2001, Bakı
• Azərbaycan-Almaniya münasibətləri, mart, 2000, Bakı
• Demokratiyanın inkişafında siyasi partiyaların rolu, noyabr, 1995, Konstans, Almaniya
• Azərbaycanın daxili və xarici siyasət məsələləri, sentyabr, 1993, Ankara
DƏRS VƏ TƏDRİS-METODİKİ VƏSAİTLƏRİ
1. Politologiya (interaktiv dərs materialları). Bakı, Qanun Nəşriyyatı, 2008; 2012, 225 s.
2. Politologiya (tədris proqramı və metodikası). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib, 34 səh.
3. Beynəlxalq münasibətlər nəzəriyyəsi (tədris proqramı və metodikası). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib. 34 səh.
KİTABLARI:
1. Azərbaycan Siyasi Mühacirəti (1918 - 1991). Bakı, Elm, 1996. 304 səh.
2. Yeni Avrasiya Qafqazı. Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2000, 131 səh.
3. Deyişen Avrasiyada Kafkasiya. Ankara: ASAM, 2001, 96 səh.
4. Азербайджанцы Грузи. Москва, Издателства Европа, 2006, 151 стр.
5. Azərbaycan Mühacirəti Tarixi. Bakı, 2012, 400 səh.
MÜŞTƏRƏK MÜƏLLİFLƏRLƏ ÇAP OLUNAN KİTABLARI:
1. Politcs of language in the ex-soviet muslim states. London: Hurst and Company, 2001, Mосква, «Прогресс-Традиция»-2004, p. 260. (Prof. Jacob M. Landau, Prof. Barbara Kellner-Heinkele ilə birgə)
2. Borçalı: dünən, bu gün, sabah. Bakı, Adiloğlu, 2010. səh., 98. (Gültəkin Hacıbəyli, Kamran Ramazanlı ilə birgə)
ÇAP OLUNAN ELMİ MƏQALƏLƏRİ:
1. Кавказский дом: миф или реальность. Журнал «Кавказ», Баку, 1997, № 1, стр., 12-15
2. Ə. M. Topçubaşov və Azərbaycan mühacirəti. Elmi-nəzəri konfrans materialları. Bakı 1998, səh. 95-99
3. II Dünya müharibəsi illərində Azərbaycan legionlarının yaradılması ilə bağlı bəzi tarixi gerçəkliklər. Tarix və onun problemləri jurnalı, BDU N3, 1998, səh. 91-99
4. Historical Stages of Azerbaijani Political Emigration. Journal of Azerbaijani studies, Khazar University, 1998, p. 14 - 21
5. «Qafqaz evi» ideyası mühacirət ədəbiyyatında. BDU-nun xəbərləri, 1998, səh., 56-62
6. Azərbaycançılığın dünəni və çağdaş interpretasiyası. Elmi-nəzəri konfrans materialları. Bakı, 1998, səh., 149-154
7. Sovert totalitarizminin 20-30-cu illəri mühacirət ədəbiyyatında. Elmi konfrans materialları. Bakı, 1998, səh., 48-50
8. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi mühacirət ədəbiyyatında. Elmi konfrans materialları. Bakı, 1999, səh., 57-63
9. “Qurtuluş” dərgisinin vətən tarixinin öyrənilməsində yeri. Azərbaycan tarixinin çağdaş problemləri. Məqalələr toplusu. Bakı, 2000, 135-142
10. Çeçenistan ve yeni Rusya. Stratejik Analiz dergisi (Ankara), 2000, № 13
11. Azerbaycan Diasporası: mövcud durumu ve geleceği konusunda bazi notlar. Avrasiya Dosyesi jurnalı (Ankara) 2001, N1.
12. Rusiyanın Kafkaslara yönəlik yeni politikası. Azerbaycan dergisi (Ankara) Say: 337, 2001
13. Vatan tarihinde “Kurtuluş” dergisi. Azerbaycan dergisi (Ankara) Say: 339, 2001
14. Azərbaycan mühacirlərinin Polşadakı fəaliyyəti və «Qafqaz Birliyi» ideyası. İpək Yolu, fevral, 2007
15. Azerbaycan siyasi mühaciretinin Cümhuriyyetin çöküşü olğusuna bakışı. Böyük Dövlətlər Kıskacında Azerbaycan Meselesi (1918-1920). Meqaleler toplusu. İstanbul, Kültür Sanat Yayıcılık-2010
16. Gürcüstanda Borçalı məsələsi. Qloballaşma şəraitində davamlı inkişafın aktual probləmləri. Beynəlxalq elmi konfrans materialları. Bakı, Azərbaycan Universiteti Nəşriyyatı 2010.
17. Elmşünaslıq haqqında. İpək Yolu jurnalı, N -3, 2011
18. Azərbaycanda ali təhsil və Bolonya prosesi. Avropa ali təhsilinə inteqrasiya: problemlər və perspektivlər. Elmi-praktik konfransın materialları. Bakı, 2011.
(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2015, səh. 154-158).
REDAKSİYADAN:
Bu il dəyərli soydaşımız, tanınmış tarixçi alim, pedaqoq, məşhur politoloq,
çox hörmətli professor Xaləddin İbrahimlinin Yubiley ilidir..
Sentyabın 5-də anadan olmasının 60 illiyi tamam olacaq.
Məncə Ad günü - Doğum günü hər il bir gün - Yubiley isə il boyu qeyd olunmalıdır!..
Xüsusən də alimlərimizin yubileyləri!..
Elə buna görə də, biz ZiM.Az olaraq, indidən professor Xalədin İbrahimlinin
Yubiley tədbirlərinə start verir, onu ürəkdən təbrik edirik!..
Xaləddin müəllimə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.