MƏHƏMMƏDƏLİ MUSTAFA (1958)

MƏHƏMMƏDƏLİ MUSTAFA  (1958) ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

Prof. MƏHƏMMƏDƏLİ MUSTAFA - 60

Məhəmmədəli Mustafa oğlu Mus­­­­tafayev - 1958-ci il sentyabrın 1-də qədim Borçalı mahalının Başkeçid (indiki Gür­cüstan Respublikasının Dmanisi) ra­yonundakı Az.­Gəyliyən kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji Uni­ver­site­tini bitirib. Bir müddət “Ədalət” qəzetində çalışıb.

“Azərbaycan sovet ədəbiyyatşünaslığında XIX əsr ədə­biy­­yatının tədqiqi problemləri (akademik F.Qasım­zadənin yara­dıcılığı əsasında)”
mövzusunda namizədlik “XIX əsr Azər­baycan ədəbi-tarixi prosesi müasir ədəbi-nəzəri fikirdə və ədə­biy­yatşünaslıqda” mövzuunda doktorluq dissertasiyası müdafiə edib.

”XIX əsr ədəbi irsi ədəbiyyatşünaslıqda”, ”Ədəbiy­yatşü­nas­lığımızın xan çinarı” “Akademik F.Qasımzadə” adlı elmi əsərlərin müəllifidir.

Lənkəran Dövlət Universitetində (2004-2009) və Sumqayıt Dövlət Universitetində (2005-2014) pedaqoji fəaliyyətlə məş­qul olub. Hazırda ­AMEA Nizami adına Ədəbiyyat İnstitutu­nun “Ədəbiyyat nəzəriy­yəsi” şöbə­sində Baş elmi işçi vəzifə­sin­də çalışır.


"ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN XAN ÇİNARI"

Sabiq "Ədalət"çi Məhəmmədəli Mustafaya məktub


Qarşımda bir kitab var. Çox nəfis şəkildə çap olunub. Ki­ta­bın üz qabığındaki nəhəng xan çinarın fonunda işığa bürün­müş işıqlı bir fotoportret də yerləşdirilib. Bu portret foto­nun sa­hi­bini Azərbaycanda demək olarki, uşaqdan böyüyə hər kəs ta­nı­yır. Xüsusi ilə söz, ədəbiyyat adamları bu insanın də­yə­rini yax­şı bilir.
Elə bu dünyanın dəyərli adamı olan akademik Bəkir Nə­biyev haqqında olan kitabı gözdən keçirdikcə mən yadda­şım­da onun işıqlı xatirələrini təzələyirəm, Onun müxtəlif tədbir­lərdəki çıxışlarını, xoşməramlı təşəbbüslərini, iradla­rı­nı, tək­liflərini özüm üçün təzələyirəm. Təbii ki, bütün bunla­rın da əsas sə­bəb­karı, qarşımdakı kitab, daha doğrusu onun müəllifi Məhəm­mədəli Mustafayevdir.
Öncə müəllif barəsində. Yəqin ki, "Ədalət"in diqqətli, də­yərli oxucuları Məhəmmədəli Mustafa imzasını unut­mayıb­lar. Uzun illər bizimlə çiyin-çiyinə "Ədalət"də yol gedən və özü­nün yazıları ilə, xarakteri ilə diqqəti çəkən Məhəm­mə­dəli Mus­tafa mətbuatımızda öz yerini müəyyənləşdirə bildi. Və hət­­­ta onun­­la bağlı xatirələr dilə gələndə hər kəsin üzünə bir tə­bəssüm də qonur. Bu mənada keçmiş həmkarımın, iş yol­da­şı­mın mənə doğma olan bir insanın belə bir sanballı kitabı­nın işıq üzü gör­məsi hamımızı sevindirdi. Hələ onun "Əda­lət"dəki günlə­rində "Alim" deyə müraciət etdiyimiz Mə­həm­mədəli Musta­fa­yev bir neçə il bundan öncə bizim ona verdi­yimiz qeyri-rəs­mi titulu gercəkləşdirmək üçün öz elmi yara­dı­cılığının səhifələrini və­rəq­­ləməyə getdi. Çünki filolo­giya elmləri nami­zədi olan Mə­həm­mədli Mustafayev özü­nün əsas iş sahəsini çox­dan müəy­yənləşdirmişdi. O, Pedaqoji Uni­versitetin filolo­giya fakül­təsini bitirmişdi, kənddə müəl­lim işləmişdi, sonra AMEA-nın Nizami adına Ədəbiy­yat İns­ti­tu­tu­nun aspirantı ol­muş­du. Qə­zet­də çalışdığı zamanlar­da da el­mi­ araşdırmalarını davam etdi­rir, doktorluq disserta­siyası üzərində işləyirdi.
Bu gün bir vaxtlar aspirantı olduğu institutda aparıcı elmi işçi vəzifəsində çalışan Məhəmmədəli Mustafayev çoxlu say­da məqalələrin, monoqrafiyaların, elmi-nəzəri yazıların müəl­­­­­­­lifi­dir. Bax elə onun mənə təqdim etdiyi bu kitabı da Mə­­­­həm­mədəli müəllimin çalışdığı institutun xeyir-duası, AMEA-nın müxbir üzvü, elm xadimi Nizami Cəfərovun re­dak­torluğu, AMEA-nin müxbir üz­vü Teymur Kərimli, elm­lər doktoru Mə­hərrəm Qasımlı, elm­lər doktoru Nizaməd­din Şəmsizadənin məsləhətçiliyi ilə işıq üzü görüb. Mərhum aka­demik Bəkir Nə­bi­yevə həsr edilmiş bu monoqra­fiya bir neçə fəsildən ibarətdir.
Kitaba ön söz yazmış professor Nizami Cəfərov vur­ğula­yır ki, Məhəmmədəli Mustafayev çox dəyərli bir iş görüb. "Onun bu monoqrafiyasında Bəkir Nəbiyevin elmi irsi hə­mişə dinamik inkişaf prosesində verilir". Yəni buradan da ay­­dın olur ki, müəllif bu monoqrafiyasında görkəmli alimin həyat yolunu, alim ömrünü zaman-zaman izləyir, onun müəy­­­­­yən şəcərəsini, ya­şadığı mərhumiyyətləri, ona qarşı edil­­miş ədalətsizlikləri bir pub­lisist, bir araşdırmaçı qələmi ilə oxucuya çatdırır.
Şəxsən mən görkəmli alimimizin həyat yolu barəsində bilmədiyim çox şeyləri bu kitabda mütaliə etdim və gördüm ki, Bəkir müəllim son dərəcə gərgin əmək, yuxusuz gecələr, haqsızlıqlara qarşı dözümlülük və mübarizə aparmaq hesa­bına bu gün sahibi olduğu ucalığa yüksələ bilibdir. Məhəm­mədəli Mustafayevin kitabın adı ilə bağlı açıqlaması da ma­raqlıdır. Müəllif vurğulayır ki, görkəmli alimimiz xalq şairi Məmməd Arazı "Poeziyamızın xan çinarı" adlandırıb. Mə­həmmədəli Mustafayev də həmin prizmadan çıxış edərək Bəkir müəllimi "Ədəbiyyatşünaslığımızın xan çinarı" kimi qiymətləndirib. Zən­­nimcə müəllifin bu paralel axtarışı çox uğurludu. Çünki Məmməd Arazın Azərbaycan sözündə, Azər­­­baycan poeziya­sında danılmaz yeri kimi Bəkir Nəbi­yevin də ədəbiy­yat­şü­naslığımızda, ədəbi tənqidimizdə, bu sahənin inkişafında yeri mübaliğəsizdi, danılmazdı.
Böyük oxucu ictimaiyyəti üçün nəzərdə tutulan bu mo­noqrafiya əslində ədəbiyyatşünaslıqla maraqlanan, məşğul olan hər kəs üçün də dəyərlidi.
Çünki bu kitabda müəllif Bəkir Nəbiyevin Azərbaycanın müxtəlif simaları ilə bağlı araşdırmaları, onlara münasibətdə verdiyi qiymət də bir xətt kimi keçir və aydın olur ki, Bəkir Nəbiyev klassiklərimizlə yanaşı, çağdaş ədəbiyyatımızın nü­ma­yəndələrinə qarşı da həmişə diqqətli olub. Onun araş­dır­maları, ortaya qoyduğu ədəbi düşüncə bütün zamanlar üçün keçərlidi.
Məhəmmədəli Mustafayevin bu kitabı ədəbiyyatla ma­raqlanan bir oxucu kimi mənim üçün yaxşı bir vəsaitdir. Dü­şünürəm ki, obrazlı desək ""Ədalət"in şinelindən çıxan" Mə­həmmədəli Mustafayevin elmi uğurları bundan sonra da da­vam­lı olacaq və biz onun yaradıcılıq nailiyyətləri ilə qürur du­yacağıq.

Əbülfət MƏDƏTOĞLU/ Ədalət.-2012.-1 iyun.-S.4.


(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2015, səh. 159-162).


REDAKSİYADAN:

Bu il dəyərli soydaşımız, tanınmış ədəbiyyatşünas alim,
çox hörmətli professor Məhəmmədəli Mustafanın Yubiley ilidir..
Sentyabın 1-də anadan olmasının 60 illiyi tamam olacaq.
Məncə Ad günü - Doğum günü hər il bir gün - Yubiley isə il boyu qeyd olunmalıdır!..
Xüsusən də alimlərimizin yubileyləri!..
Elə buna görə də, biz ZiM.Az olaraq, indidən professor Məhəmmədəli Mustafanın
Yubiley tədbirlərinə start verir, onu ürəkdən təbrik edirik!..
Məhəmmədəli qardaşımıza uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: