ELDAR NƏBİYEV (1948-2009)

ELDAR NƏBİYEV (1948-2009) ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

ELDAR NƏBİYEV - 70

Eldar Hüseyn oğlu Nəbiyev - 1948-ci ildə
qədim Borçalı mahalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı
Ormeşən kəndində dünyaya göz açıb.

1963-cü ildə Ormeşən 8-illik məktəbini;
1966-cı ildə Kirovisi orta məktəbini;
1971-ci ildə ADU-nun Coğrafiya fakültəsini bi­­tirib.

1971-1975-ci illərdə Ormeşən 8-illik məktəbində müəllim işləyib.

1975-ci ildə Bakı şəhərində aspiranturaya qəbul ol­ub.

1983-cü ildə dissertasiya edərək Kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alıb.

1983-2009-cu illərdə Milli Akademiyada elmi işçi, Milli Məclisdə ekspert, Torpaq Komi­təsində şöbə müdiri vəzifəsində çalışıb.

Eldar Nəbiyev Humay İlyas qızı Qaralova il ailə həyatı qur­muşdu.
Oğlu: İlkin Eldar oğlu Nəbiyevali təhsillidir.

Eldar Hüseyn oğlu Nəbiyev 2009-cu ildə mart ayının 29-da Bakıda vəfat etmiş, Bakıxanov qəbristanlığında dəfn olun­muş­dur.

Allah rəhmət eləsin!..



(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild, Bakı, 2015, səh. 159-162).

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: