Vadim Ələddin oğlu XUBANOV (1963)

Vadim Ələddin oğlu XUBANOV (1963) Tanış olun:
Vadim Ələddin oğlu XUBANOV
Mərkəzi Bankın sədrinin müavini


1963–cü ildə Moskva şəhərində anadan olmuşdur.
Azərbaycanlıdır. Ali təhsillidir.
1985–ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1985–ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır.
1985–ci ildən 1987–ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1987–ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir.
1991–ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi,
1992–ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir.
1993–cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995–ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir.
1996–cı il iyunun 14–dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24–dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2001–ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2006–ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə üçüncü dəfə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2012-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə dördüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2017-ci ilin mart ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.

P.S.: Qeyd edək ki, bu il dəyərli eloğlumuz, tanınmış iqtisadçı Vadim Ələddin oğlu XUBANOVun
Yubiley ilidir. 55 yaşı tamam olur. Biz də çox hörmətli Vadim müəllimi anadan olmasının 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: