Akşin Vəzir oğlu Vəliyev
Mərkəzi Bankın Baş direktoru
1965-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
1985-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə bitirmişdir.
1983-cü ildən 1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1988-ci ildə “Sovavto-Bakı” Beynəlxalq yükdaşımaları üzrə avtonəqliyyat müəssisəsində iqtisadçı vəzifəsində başlamışdır.
1990-cı ildən 1994-cü ilədək aspiranturada qiyabi təhsil almışdır.
1991-ci ildən 1992-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsinin nəzdində Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda baş iqtisadçı vəzifəsində işləmişdır.
1992-ci ilin iyul ayından Azərbaycan Respublikası Milli Bankının Mərkəzi Əməliyyat İdarəsində Beynəlxalq Hesablaşmalar şöbəsinin iqtisadçısı, rəis müavini və Əməliyyat İdarəsinin baş mühasibi vəzifələrində çalışmışdır.
2000-ci ilin iyun ayından Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi, direktor müavini vəzifələrində işləmişdır.
2003-cü ildən iqtisad elmləri namizədidir.
2008-ci ilin mart ayından Azərbaycan Respublikası Milli Bankının Xəzinə departamentinin direktoru-baş xəzinədar vəzifəsində işləmişdir.
2010-cu ilin aprel ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir. 2 övladı var.
P.S.: Qeyd edək ki, bu il dəyərli eloğlumuz, tanınmış iqtisadçı Akşin Vəzir oğlu Vəliyevə
şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.