İsmayıl Qədir oğlu Məmmədov -
1957-ci il iyul ayının 10-da qədim
Borçalı mahalında - indiki Gürcüstanın
Bolnisi rayonundakı Zolgüvəc kəndində
anadan olub.
1974-cü ildə Zolgüvəc kənd orta məktəbini bitirib.
1976-1978-ci illərdə hərbi xidmətdə olub.
1986-cı ildə isə S.Bünyadzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU-nun) “Mühasibət uçotu” (İqtisadiyyat) fakültəsini müvəffəqiyyətlə bitirib.
1986-cı ildən 1987-ci ilədək Bolnisi üzümçülük sovxozunda, 1987-ci ildən 1994-cü ilədək rayonun Ratevani heyvandarlıq sovxozunda baş mühasib vəzifəsində çalışıb.
1994-cü ildən 1997-ci ilədək Zolgüvəc kənd İcadarlar Təşkilatının sədri işləyib.
1997-ci ildən 1998-ci illərdə Bolnisi rayon Vergi Müvəttişliyidə müvəttiş vəzifəsində çalışıb.
1998-ci ildən 2006-cı ilədək Ayorta kənd bələdiyyəsinin sədri vəzifəsində işləyib.
İsmayıl Məmmədov 2006-cı ildən hal-hazıradək 4 dəfə Bolnisi rayon Bələdiyyəsinin üzvü,
komissiya sədri seçilib.
Ailəlidir. Bir oğlu, iki qızı və 9 nəvəsi var.
Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından İsmayıl Qədir oğlu Məmmədova
şəxsi həyatında,eləcə də əmək və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Əlixan YƏHYAOĞLU,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.