sentyabrın 18-də qədim Borçalı mahalında -
indiki Gürcüstan Respublikasının
Rustavi səhərində anadan olub.
Atası Rizvan Allahverdi oğlu Zeynalov
Bolnisi rayonunun Ayorta kəndindən,
anası Güldərən İsmayıl qızı Güləhmədzadə isə
Darvaz kəndindəndir.
1986-ci ildə Bolnisi şəhərindəki
M.F.Axundov adına 3 N:-li Azərbaycan orta məktəbində birinci sinifə gedib. 1989-cu ildə Bolnisidə baş vermiş məlum təqib və təzyiq olaylarından sonra burada yaşayan minllərlə azərbaycanlı kimi, onlar da ailəliklə Bakı şəhərinə köçməyə məcbur olublar. Buna görə də Yeganə Zeynalova təhsilini Bakının Suraxanı rayonundadı Hövsan qəsəbəsində yerləşən 280 N:-li orta məktəbdə davam etdirib.
1997-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib və Azərbaycan Dövlət İqtisad Universitetinin
Menicment ixtisasına daxil olub.
2004-cü ildə bakalavr təhsilini bitirib və elə həmin ildən həmin universitetin Magistatura pilləsində təhsilini
davam etdirib.
O, eyni zamanda, 2004-cü ildə ilk əmək fəaliyyətinə başlayıb. Əvvəlcə Azərbaycan Dövlət Neft Akademiyasında iqtisadiyyat və idarəetmə kafedrasinda kiçik elmi işçi işləyib. Sonra isə ailə həyatıyla əlaqədar olaraq bir müddət əmək fəaliyyətini dayandırıb.
2008-ci il dekabrın 18-də dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
Daha sonra Odlar Yurdu Universitetininin maliyyə kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.
Bununla bərabər "İbn Sina akademiyası" Tədris Mərkəzində məntiq və riyyaziyyat fənlərindən dərs deyir.
Bu illər ərzində yetirmələri çox gözəl nəticələr -
böyük ugurlar əldə edirlər. Bir şagirdi 603 balla
Polis akademiyasına, digər bir şagirdi isə 627 balla
Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olublar.
Biz də Yeganə Zeynalovaya yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.