HÜSEYNPAŞA HACIYEV (1935-1998)

HÜSEYNPAŞA  HACIYEV  (1935-1998)HÜSEYNPAŞA
BİNNƏT OĞLU
HACIYEV

(1935-1998)

Hüseynpaşa Binnət oğlu Ha­cıyev 1935-ci ildə qədim Baş­ke­çid rayonunda anadan ol­muşdur.
Rostov Milis Aka­de­mi­yası­nı bi­tir­­­mişdir. Uzun müddət Başkeçiddə Milis şö­bəsinin rəisi­nin müavini işləmişdir.
O, işlədiyi dövrdə bütün rayonda yaşayan azərbay­can­lı­la­ra əlindən gələn yaxşılıqları etmiş və hüquqlarını mü­dafiə et­miş­dir.
Bütün Ormeşənliləri özününki bilmiş və hörmət et­mişdir. O, həm də xalqını, elini sevənlərdən olmuşdur.
O, milis mayoru kimi təqaüdə çıxmışdır.
Hüseynpaşa Binnət oğlu Ha­cıyev 1998-ci ildə Bakı şəhərində vəfat etmiş, Bakıxanov qəbri­stan­lığında dəfn olunmuşdur.
Allah rəhmət eləsin!..


Bax:
Müşfiq Borçalı. "Sazlı-Sözlü Borçalı",
II cild. Bakı, 2015.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: