Polkovnik ASİM BAYRAMOV (1952)

Polkovnik ASİM BAYRAMOV (1952) Asim Bayramov - 1952-ci il martın 11-də
Qərbi Azərbaycanda, indiki Ermənistanın
Basarkeçər rayonundakı
Nərimanlı kəndində anadan olub.
1968-ci ildə orada orta məktəbi bitirib və
elə həmin il Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinə daxil olub.
1973-cü ildə həmin ali məktəbi müvəffəqiyyətlə bltirib və hərbi xidmətə yollanıb.
1979-cu ildə Bakı Ali Hərbi Ümumqoşun məktəbini, 1983-cü ildə SSRİ Silahlı Qüvvələrinin
baş qərargahının ali məktəbini bitirib.
SSRİ Silahlı Qüvvələrində
müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Silahlı Qüvvələri yaranan gündən
xidmətini onun tərkibində etdirib.
Laçın, Qubadlı və Tər-tər rayonlarında gedən
döyüşlərdə komandir kimi iştirak edib.
Müharibə və Silahlı Qüvvələr Veteranıdır.
Ehtiyyatda olan polkovnikdir.

Biz də Asim Bayramova uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..

Gülsəfa AYVAZOVA,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: