1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır.
1980-1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır.
1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır.
1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır.
6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunub.
27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir.[1]
25 may 2017-ci ildə Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilmişdir[2]
23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən azad edilib.
Ailəlidir, 2 övladı var.[3]
İstinadlar:
↑ "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (azərb.). 27 yanvar 2017.
↑ Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
↑ http://www.customs.gov.az/az/sedri0001.html
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.