Yaxşılığın əvəzi istənilərsə...

Yaxşılığın əvəzi istənilərsə... Yan masada əyləşmiş İki nəfər yaxın rəfiqə ətirli kofeden dada-dada şirin-şirin söhbət edirdi. Rəfiqələrdən biri kiməsə etdiyi yaxşılıqdan bağrı dağlanmış kimi danışıb od püskürürdü. Onu sakit – sakit dinləyən digər qadın isə arada bir başını yelləyib, - Düz deyirsən, ay bacı, insanlar yaxşılığı qanmır ha! Gərək heç kimə əl uzatmayasan. Buraxasan canları çıxa! – deyib, etdiyi “yaxşılığa” dərindən peşımançılıq hissi yaşayan müsahibinə dəstək verirdi. Bundan cuşa gələn digər qadın isə söhbətinin əndazəsini daha da genişləndirir, hətta lətayır-lətayır ifadələri işlətməkdən belə çəkinmirdi. – Gedib yapışacam yaxasından, neyləmişəmsə geri isteyecem. Az, heç olmasa adamı da saymır ey?! Onun yerinə kim olsaydı, mənim kim xeyirxah, əli açıq insanın qarşısında baş əyər, əlimdən-ayağımdan öpərdi! Bu qudurmuşun biridir!!!
Düzü bu yerdə özümü saxlaya bilmədim. Onlardan üzr istəyib dedim:- Bağışlayın ki, söhbətinizə qarışdım. Sizin o yaxşılıq etdiyiniz “nankor” var ha, gərək lap dilənsə belə, sizə ağız açmayaydı. İndi siz etdiyiniz yaxşılığınızın əvəzini istəyirsiniz eləmi?! Onun da yerinə başqa bir kimsə olsa idi, yaxşılığınızın içinə zad eləyib, yəni peyin qatıb qaytarardı sizə.
Hərif düşünmədən dedi, - Əlbəttə! Amma bir qədər keçdikdən sonra rəfiqəsinə, - bu nə deyir, ağez?! Peyin?! Yəni mal peyini?
Amma daha bir söz demədi. Yəqin qırımımdan ağlı bir şey kəsmədi.

Esmira ŞÜKÜROVA
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: