Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin "Sarı gəlin" hekayəsi gürcü dilinə tərcümə edilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, əsəri gürcü dilinə gənc azərbaycanlı, peşəkar tərcüməçi Oqtay Kazımov tərcümə edib.
Bundan əvvəl O.Kazımov Xalq yazıçısının "5 qəpiklik motosikl", "Parisdə avtomobil qəzası", "Gümüşü, narıncı, məxməri, qırmızı ayı balası" və "Talvar" hekayələrini də tərcümə edib.
Qeyd edək ki, "Sarı gəlin" hekayəsi Gürcüstanda gürcü dilində nəşr olunan "Siskari 1852" jurnalında dərc olunub. Jurnal 1852-ci ildə çıxmağa başlayıb. Bir müddət nəşr olunmayıb. Elçinin "Sarı gəlin" hekayəsi indi bərpa olunan jurnalın ilk nömrəsində nəşr olunub.
Oqtay Kazımov Azərbaycanın bir sıra görkəmli yazıçılarının əsərlərini də gürcü dilinə tərcümə edəcəyini qeyd edib: "Azərbaycan şair və yazıçılarının əsərlərini, o cümlədən Mirzə Fətəli Axundovun bütün əsərlərini və bir povestini də gürcü dilinə tərcümə etməyi planlaşdırıram."
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.