KUBRA MUSAYEVA (2010)

KUBRA MUSAYEVA (2010) Kubra Tural qızı Musayeva - 2010-ci ildə anadan olub. Atası Tural İlham oğlu Musayev – Vətən müharibəsi veteranıdir. Bir snayperçi-kəşfiyyatçı kimi, bir çox əməliyyatlarda iştirak edib. Şuşanın alınması uğrunda da böyük fədakarlıq göstərib. Altı medal və bir neçə fərmanlara layiq görülüb.
Kubra Musayeva Naftalan şəhərindəki 2 saylı tam orta məktəbin 6-cı sinif şagirdidir.
Yazar olmaq həvəsi, onu gözəl hekayələr yazmağına zövq etmişdir. Onu da deyək ki, Kubra öz yaşından böyük bir qavramaqla, hekayələrini qələmə almışdır.

Biz də, aşağıda Kubra Tural qızının bir neçə hekayəsini dəyərli oxucularımıza təqdim edir, bu gənc yazarımıza yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. İnanırıq ki, gələcəkdə,daha dolğun, daha poetik fikirlərlə zəngin olan yazıları işıq üzü görəcək və seçilib, sayılmışlardan olacaq. İnşəallah. Uğurlar olsun.
Şair Göylər Cəbrayıl,
“Şərqin səsi” qəzetinin şöbə müdiri,
AJB-nin üzvü,
“Qızıl qələm” mükafatı laureatı


ZiM.Az



LALƏNİN DƏRDİ

Gözəl bir yaz gəlmişdi. Hər yan yamyaşıl idi. Ağacların bəziləri hələ də yenicə tumurcuqlamasına baxmayaraq, zoğal ağacı dümağappaq idi.
Lalə anasının əlindən tutaraq, öz bağçalarında gəzir, təbiət qoxulu yaz havasını,ciyərlərinə çəkirdilər.
...Ana nə gözəldir,bir bax, kəpənəklər,qaranquşlar,uçurlar.Sariköynəyə bax,ağacların üstündə necə atılıb düşürlər?!
...Qızım,yaz çox gözəldir. İnsanın ruhu təzələnir, görürsənmi, boynu bükük lalələr də, baş qaldırıb, yazın gəlişini alqışlayırlar.
Kiçik Lalə, açmış lalələrə tərəf qaçdi.Amma əllərini lalələr toxundurmadan, baxaraq, sakit bir təbəssum aldı.
...Nə oldu Lalə qızım?
...Ana mən laləni dərməyəcəm,.Axı mən onları dərsəm,bir azdan onlar solacaq. Bəs onların anası ağlamayacaq?
Ana fikrə getdi. Qızının başını siğallayaraq, ona... -düzdur gözəl qızım deyərək, ona öz təşəkkürünü bildirdi.


GƏLMƏDİZ

Yenicə yuxudan oyanmış bənövşə, ətrafa nəzər salaraq öz-özünə deyinirdi.
...Ay aman,qar əriyibki...Günəş də öz istisini bütün kainata yayıb.Mən nə çox yatmışam?!
...Nərgiz, qızılgül,hardasiz?
Heç bir çiçəkdən səs çıxmadı.Bənövşə boynunu qaldırdı.
....Qaranquşlar da gəlib ki......Bəs niyə bu çiçəklər yatıblar?
Heç bir çiçəkdən səs gəlmədi. Balaca bir qız uşağı,əyilib onu iylədi.
O qıza heyrətlə baxdı. Sevincindən gözlərindən gilələnən yaş,onun boynunu əydi və gözlərini yumdu.Və son anda dedi:
- Dostlar,niyə gəl..mə..siz? deyə gözlərini əbədi olaraq yumdu.


PAYIZ

Payız idi. Yarpaqlar əl əlvan rəngə boyanmişdi. Elə bil torpağın üstünə xalı salinmişdi. Köçəri quşlar getmiş, boz sərçələr dostlarını səsləyirdi.
...Uşaqlar gəlin bir az oynayaq.
Sərçələr yığılıb heyrətləndilər.
... Nə olub?
...Heç nə.
...Bəs niyə qışqırırsan?
...Uşaqlar bir azdan soyuqlar düşəcək. Oynaya bilməyəcəyik.
Ana sərçələr atılıb düşür, gənc sərçənin sözlərinə gülüşürdülər. Birdən balaca bir pişik balası onlara tərəf gələrək,onlara yaxınlaşdı. Sərçələr uçmaq istədilər. Pişik balası dayandı,yalvarış bir səslə onlara dedi.
... Uşaqlar mən acam. Mənə bir tikə çörək verin.
Sərçələr əl ayağa düşdülər. Tez uçub, ona bir parça çörək tapıb gətirdilər Pişik balasına verdilər.Pişik balası çörəyi ləzzətlə yedi və onlara təşəkkür əlaməti olaraq dedi:
... Uşaqlar çox sağ olun. Amma burda qalmayın. Çünkü burda pişiklər çoxdur. Siz mənə yaxşılıq etdiz. Mən də sizə deyirəm. Tez ucun burdan. Pişiklər gəlir.
Tez qaçım deyə pişik balası qışqırdı.
Birdən kolluqda bir sürü ac pişiklər çıxıb, sərçələrə hücum etdilər. Sərçələr tez havaya qalxdı və çox sağ ol deyərək, pişik balasina öz minnətdarlığıni bildirdilər.


VƏTƏN HƏSRƏTİ

Kiçik bir damla suyu atılıb düşür, sevinərək dostlarıyla oynayırdı.Amma bir gözü göylərdə idi.Mavi göz qamaşdıran səmaya həsrətlə baxırdı.
....ah nə gözəldir?!Kaş mən də ucub,o buludlar kimi,qanadlanaydim ,onlara qoşulaydim.
Amma damla gölməçədə o tərəf ,bu tərəfə qaçır,dostları ilə şənlənirdi.Hava çox isti idi. Günəş hər tərəfi qovururdu. Buludlar asta asta yoxa çıxırdılar. Birdən istinin hərarətindən, damla buxarlanaraq göyə qalxdı.Bir neçə saniyədən sonra ,buludlara qovuşdu. Və buludlara dedi:
... Mən sizin həsrətinizi çox çəkmişəm,deyərək, buludların üstündə oturdu. Birdən gölməçədəki dostları yadına düşdü. Çox axtardı,amma tapmadı. Üzünü buluda tutub dedi;
...mən su anamı,dostlarımı gəzirəm. Xahiş edirəm məni göndər yenidən öz yerimə. Bulud qəh-qəhə ilə gülməyə başladı.
Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşi,
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı --dedi. Hazırlaş, qızım,səni yollayıram öz vətəninə. Amma yadda saxla ki, qürbət cənnət olsa da belə, yenə də vətən yaxşıdır.
Bulud bunu deyən kimi, göy guruldadı. Leysan başladı. Kiçik damla da yenidən öz gölməçəsinə qayıtdı. O su anasını qucaqlayaraq dedi:
...Ana, bir daha məni özündən kənara buraxma. Sən mənimçün hər şeysən.

Kubra Musayeva,
ZiM.Az


...
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: