SDU-da "Biologiya gecəsi" tələbələrin böyük marağına səbəb olub

SDU-da "Biologiya gecəsi" tələbələrin böyük marağına səbəb olub SDU-da "Biologiya gecəsi" tələbələrin böyük marağına səbəb olub SDU-da "Biologiya gecəsi" tələbələrin böyük marağına səbəb olub Flora və faunanın qorunması bu gün bəşəriyyəti düşündürən ən ciddi problemlərdəndir.
Onun həlli hər kəsdən, hər bir dövlətdən asılı olduğu kimi, həm də, maarifçilik tədbirlərinin gerçəkləşməsi, cəmiyyətin diqqətini bu məsələyə cəlb olunması ilə bilavasitə bağlıdır.

Dekabrın 20-də Sumqayıt Dövlət Universitetinin (SDU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə "Biologiya gecəsi” keçirilib.

Biologiya gecəsinin keçirilməsində də məqsəd ekoloji problemlər, bitki və heyvanat aləminin həyatımızda rolu, bütün bunlar haqqında maraqlı faktlar, vətənpərvərlik ruhunu aşılamaqdan ibarət olub.


SDU-nun Mətbuat Xidmətindən
ZiM.Az-a bildiriblər ki,
tədbirdə SDU-nun rektoru, professor Elxan Hüseynov iştirak edeb. O, çıxışı zamanı vurğulayıb ki, Azərbaycan gəncliyi bütün dövrlərdə öz savadı, istedadı ilə seçilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə çəkilir. Gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi, güclənməsi üçün universitetdə müxtəlif layihələr, gecələr, müsabiqələr həyata keçirilir.
Rektor ölkədə aparılan gənclər siyasətinin hədəfləri barədə də məlumat verərək, gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını qeyd edib, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb.

Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov
qeyd edib ki, belə gecələrin keçirilməsi tələbələrin fənlərə marağını artırır və biliklərə daha dərindən yiyələnməsinə kömək edir.

Gecədə İDEA İctimai Birliyinin Azərbaycan və bütövlükdə regionda ətraf mühitin, flora və faunanın qorunmasına dair həyat keçirdiyi uğurlu layihələrin ekoloji əhəmiyyəti vurğulanıb.

Sonda tələbələr şeirlər, mahnılar, rəqslər ifa ediblər və səhnəciklər göstəriblər.

Aysel MƏDƏDLİ,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: