Görkəmli alim-şair-jurnalist Rafiq Yusifoğlu ilə görüş

Görkəmli alim-şair-jurnalist Rafiq Yusifoğlu ilə görüşGörkəmli alim-şair-jurnalist Rafiq Yusifoğlu ilə görüş 2017-ci il fevralın 14-də Bakıdakı 36 nömrəli məktəbdə ADPU-nun professoru Yaqub Babayevin təşəbbüsü ilə təcrübədə olan tələbələr və məktəbin şagirdləri ilə görkəmli ədəbiyyatşünas-alim, Sumqayıt Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, Azərbaycan Respublikası-nın Əməkdar Mədəniyyət işçisi, istedadlı qələm sahibi, tanınmış şair-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. mükafatların laureatı, "Göyərçin" jurnalının Baş redaktoru Rafiq Yusifoğlunun yaradıcılıgina həsr olunmuş tədbir keçırilib.

Tədbiri giriş sözü ilə ADPU-nun professoru professor
Yaqub Babayev
açıb. O, Rafiq Yusifoğlunun həyat və yaradıcılığı haqda danışıb.

Sonra Rafiq Yusifoğlununyaradıcılığına həsr olunmuş slayd-şounun nümayişindən sonra tələbələr və şagirdlər şeirlərini söyləyiblər...

Məktəbin direktoru Emilya xanım hələ 7 yaşı olanda R.Yusifoğlunu necə tanıması ilə bağlı xatirə danışıb...

Professorlar Zahid Xəlilin, Nadir Abdullayevin və dosent Füzuli Əsgərlinin tədbirdə iştirakı, R.Yusifoğlu haqqında söylədikləri xoş sözlər alim-şairi duyğulandırıb...

Yekunda Rafiq Yusifoğlu çıxış edib, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb, tədbirin təşkilatçılarına və görüşdə iştirak eləyənlərin hamısına dərin təşəkkürünü bildiriib.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: