"UNUTMAYAQ VƏ UNUTDURMAYAQ!"

"UNUTMAYAQ VƏ UNUTDURMAYAQ!" Sədri olduğum "Ziyalı Ocağı" İctimai Birliyi bu il
bir çox müzakirəsini tələb edən, unudulması isə mümkün olmayan proyektlərə imza atdı. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə birliyimizin təklif etdiyi proyektlər müvəffəqiyyətlə yekunlaşdı.
Məqsədimiz 1918-ci ildə Azərbaycanda erməni terror təşkilatlarının və onların havadarları olan bolşeviklərin etdikləri məzalimləri, qətliamları bütün dünyaya duyurmaqdır. Onların iç üzünü bütün dünyaya açıb göstərməkdir.


Layihə iyul - oktyabr aylarını əhatə edirdi. Qardaş Türkiyədən, Özbəkistandan, İrandan, Norveçdən təşrif buyuran çoxsaylı qonaqların iştirakı ilə gerçəkləşdirdiyimiz layihədə ilk öncə Ulu Öndərimiz Heydər Əliyevin uyuduğu Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, 1918-ci ildə canını Azərbaycan torpaqlarının və onun vətəndaşlarının qorunması yolunda fəda etmiş Şəhidlərin - Türk qardaşlarımızın məzarlarını ziyarət etdik.

"UNUTMAYAQ VƏ UNUTDURMAYAQ!" "Unutsaq unudularıq!" adlı birinci konfransda bütünlüklə tariximizə daxil olan soyqırımların başlandığı illərin analizi ilə davam etdik. Konfransda bildirildi ki, tarixdən bildiyimiz kimi XIX yüzilliyin sonlarından etibarən Türkiyədən Azərbaycana kütləvi şəkildə köç edən ermənilərə Çar Rusiyası havadarlıq etdi. 1894-1896-ci illərdən etibarən tarixi özbəöz torpaqlarımızda, ərazilərimizdə ermənilərə hüquq tanıdılar. , yerli azərbaycanlıları ermənilərin xoşladıqları ərazilərdən sürgün etdilər, onları al-qanlarına boyadılar. Ağbabada, Vedidə, Dərələyəz də, Göyçədə, İrəvanda və başqa tarixi yurd yerlərimizdə xalqımıza qarşı amansız şəkildə davranaraq, torpaqları əllərindən alındı.

Uşaq - ixtiyar, qadın bilmədi bu zalımlar. İsti aşımıza soyuq su, sakit yuxumuza haram qatdılar, dincliyimizi, rahatlığımızı əllərimizdən aldılar, hüquqlarımızı ayaqlar altına sərdilər. Dirənərək qalanlar isə öz torpaqlarında müsafir durumuna düşürüldülər. Xalqımıza qarşı geniş miqyaslı hücumlar ara vermədi. İxtilaf ocaqları bilərəkdən hey alovlandırıldı. Hər dəfə də ixtilaf ocaqları atəşləndiyində erməni xainləri daha çox əraziləri alır, azərbaycanlıları qırır, onların yerlərində sahiblənirdilər. Qadınların, qocaların, körpələrin yerə - göyə sığmayan fəryadları bu zalımları daha da qudurtdu.
Əslində xalqımıza qarşı edilən soyqırımların ilk başlanğıcı 1905-1906-ci illərdə oldu. Bu qətliamlarda on minlərlə azərbaycanlı öldürülmüşdü, yüzlərlə yaşayış məntəqələri darmadağın edilmişdi. Erməni müəllifi A- do yazırdı ki, "1905-1906-ci illərdəki qırğınlar zamanı İrəvan vilayətindəki 1301 kənddən 959 - da, Zəngəzur vilayətindəki 406 kənddən isə 314-də tüklər ( azərbaycanlılar ) yaşayırdılar. Etnik təmizləmə nəticəsində bu gün malisəf ki, bu ərazilərdə bir dənə də olsun azərbaycanlılara məxsus kənd, qəsəbə qalmamışdır.

İkinci soyqırım birincidən daha amansız oldu. 1918-ci ilin 30 mart tarixindən etibarən başlayaraq, 3 aprel tarixlərinə qədər Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər ərazilərimizdə qətliamlar amansız şəkildə aparılmışdı. Təkcə Bakıda 1918 - ci ilin mart ayının 31-dən aprel ayının 2-dək daşnak - bolşevik qüvvələri tərəfindən 12 min azərbaycanlıların həyatına faciəvi şəkildə son verilmişdi.
Biz ikinci - "Tariximizi unutmayaq və unutdurmayaq!" adlı konframızda bir qrup ziyalı ilə Quba adlanan bölgəmizə səfər etdik. Çünki bu vilayət də qətliamlardan, soyqırımlardan yan keçməmişdi.

Hərəkət etdiyimiz bölgədə 1918-ci ildə erməni terrorçu təşkilatları və bolşevik rusları tərəfindən qırılan və basdırılaraq, xalqdan gizlədilən toplu məzarları ziyarət etdik. Bu qəddar və kibirli vəhşilər dinc insanlara aman verməyərək qəddarcasına qətlə yetirərək dərin dərələrdəki quyularda gizlətdilər. Təsadüf nəticəsində açılan bu quyunun araşdırılması zamanı məlum oldu ki , onlar 1918 - ci il Şəhidləridir. Bunu da söyləmək lazımdır ki, burdakı qətliamlara rəhbərlik edən terrorçu Amazasp deyirdi ki, "bu lənətə gəlmişlərə atılan silaha, qurşuna belə yazıqdır. Onların hamısını ( - azərbaycanlıları - İ. Ə) toplayıb dərin quyulara gömmək gərəkdir ki, səsləri Yer üzündən kəsilsin". O, dediyini burada tətbiq etmişdi.
Qubada erməni daşnakları 16 mindən çox türk - müsəlmanı qətlə yetirmişdilər. Bütünlükdə Quba vilayətində 162 kənd dağıdılmış, onlardan 31-i Yer üzündən silinmişdir. Məscidlər, mədrəsələr və bu dinc ocaqlarda saxlanılan 1300- dən çox müqəddəs kitabı atəşə verilərək yandırılmışdı.
Nə yazıq ki, Sovet dönəmində buranı futbol meydançası edərək, üstündə uşaqlara top oynatmışlar, milli - mənəvi dəyərlərimizə toxunaraq, insanların ruhlarını təhqir etmişlər.

Biz oraya Bakıda havanın çox isti olduğu bir gündə getmişdik - haradasa havada 45 dərəcə isti vardı. Amma oraya çatanda sanki soyqırım qurbanları bizi göz yaşları ilə - yağmurla qarşıladı. Narın, incə, sürətli yağışda hər kəs təpədən dırnağadək islandı. Konfrans iştirakçılarının axıtdıqları göz yaşları yağmura qarışaraq bu nakam taleli insanların uyduqları məzara doğru enirdi.

İsmayıllı rayonunda gerçəkləşdirdiyimiz "Tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı həyata keçirilən silsiləli soyqırımlar haqqında yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması" mövzusundakı konfransımıza rayon ziyalıları da dəvət olunmuşdular. Xalqımıza qarşı həyata keçirilən fitnə - fəsadlar, qətliamlar tədbirin əsas mövzusu oldu.

"UNUTMAYAQ VƏ UNUTDURMAYAQ!" Bakı Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyimiz "Erməni vandalizminin Azərbaycanda törətdiyi vəhşiliklər" mövzusunda ictimai müzakirə də öz aktuallığı ilə iştirakçıların maraq nöqtəsində oldu. Diqqətə çatdırıldı ki, insanlığın unudulduğu Xocalı faciəsi erməni vandalizminin son nöqtəsi oldu. Artıq bu o zaman idi ki, qan içən ermənilər tarixi Azərbaycan torpaqlarından sürgün etməyə çalışdıqları soydaşlarımızın son nəslini də yox edəcəkdilər. Azərbaycansız Ermənistan yaratmaq bu xain ermənilərin baş planı idi. Təssüflər olsun ki, bu qəddar xilqətlər özlərinin çirkin amaclarına ulaşdılar, özlərinə qondarma Ermənistan dövləti qurdular.
"Ziyalı Ocağı" İctimai Birliyi olaraq düşünürük ki, bədxah qonşularımızın xalqımızın başına gətirdikləri bu oyunları daim həm yerli, həm də beynəlxalq mətbuat vasitələrinin aktual mövzusu olmalıdır ki, bütün dünyanın sülhsevər, ədalətli dövlətləri bu haqlı davamızda bizim yanımızda yer alsınlar".

İlahə Əliyeva
"Ziyalı Ocağı" İctimai Birliyin sədri,
tarixçi - araşdırmaçı.


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: