Yurd pərvanəsi

Yurd pərvanəsi
Sahib İlyasoğlunun
könül oxşayan, duru
bulaq suyu kimi içilən şeirləri
ZiM.Az , Zirve.info saytlarıda «Zirvə» poeziya antologiyasında
dərc olunsa da,
«Yurdumun quruca adı qalıb» adlı ilk şeirlər sovqatı kitab halında keçən ilin son günlərində işıq üzü görüb.
Zərif tərtibatı ilə diqqəti cəlbedən kitab "Borçalı" nəşriyyatında çap olunub.
Naşiri Müşfiq Borçalı, redaktoru isə
Həşim Əbilov
dur.

Kitab şairin doğulub boya-başa çatdığı məkana ittihafla açılır: «Bağışla məni, gözəl Qızıldaşım».

Öncə sual olunur «Nə görmüşdü şair bu kənddə?» Cavabı….

–hər şey – uşaqlığında davə görə biləcəyi hər şey!…

Qayğısız körpəlikilləri, şirin xatirə tək çözələnən on səkkiz illik ömür yolu.
Qəribə hadisələr, olmuş məcaralar…bir də hörmətini saxladığı müəllimlər…
Şairin diliilə desək:

Kirmişcə-kirmişcə qoruğa dolduq,
Qoruqçu gələndə pələsəng olduq,
Yesək-yeməsək də qoltuğa vurduq,
Yemliyim, türpəyim, quzuqulağım,
Bayram koxam, Keşdərəm, Daşçı xanım,
Bağışla məni, gözəl Qızıldaşım.


İlk tanışlıqdan aydın olur ki, Sahib İlyasoğlu şöhrət üçün şeirə üz tutmayıb. Onsuz da bu aləmdə şeir vasitəsilə möcüzə göstərmək vaxtı çoxdan keçib. Lakin daxili duyğular dilə gələndə onu qələmə almamaq mümkün deyil. Sahib Ömərov da öz daxili duyğularının əsiri və əzabkeşidir. Bu şeirlər onun qəlb döyüntüləri, yurd həsrəti insana, vətənə, uca göylərə ucalan məhəbbət notlarıdır…

Burada ünlü müasir Kolumbi yayazıçısı Q.Q.Markesin bir sözü yadıma düşdü: «Yazdığım hər bir sözlə əməlli-başlı döyüşürəm, lakin təəssüf ki, bu döyüşlərdə də çox zaman Söz qalib çıxır».

Sahib İlyas oğlu Ömərov riyaziyyat müəllimidir.
Bakıdakı 100 saylı orta məktəbdə fəaliyyət göstərir.

Riyaziyyat elminin yeniliklərini gənclərə məhəbbətlə öyrədir.
Görkəmli mərhum cərrah Cavad Heyətin sözlərilə desək, bunlar Sahib İlyasoğlunun «sənət işi»dir.
Lakin onun bir «eşq işi»də var – qələminin bir gözündən riyaziyyat elminin müxtəlif sahələrinə dair biliklər süzülürsə, o biri gözündən ruhları oxşayan şeir misraları aşıb-daşır.

Heyrətləndiricidir, Sahib Ömərov elmilə lirikanı necə əlaqələndirir?
Dağ şəlaləsi kimi ürəkləri oxşayan şeir aləminə necə daxil ola bilir?

«Kəndə qonağam» şeirindən oxuyuruq:

Yuxuda görürəm Balayaldayam,
Başımı aldadır Çobanaldadan.
O yana qaçıram, gah bu yandayam,
Oyuna düşmüşəm, odur oynada
n.

Xeyirxahlıq duyğularını riyaziyyatçı dəqiqliyi ilə misra-sapa düzməyi yaxşı bacarır. Hər bir yeni şeirinin doğuluşu ilə şair Sahib rahatlıq tapır, tək-tək adamlara, dostlarına deyə biləcəklərini bütün insanlara ünvanlayır.

Mən yaddan çıxmışdım karvandan uzaq,
Özümü çatdırıb, vidalaşmadım.
Günaha batmışam, eyAna torpaq,
Yollarım bağlandı, halallaşmadım.


…Sahib İlyasoğlu nədən yazmayıb!?

Bu dünyanın hansı ağrı-acısı onun həssas qəlbini titrətməyib?
Sanki ürək qanı ilə yazılmış misraları vərəqlədikcə şairin qəlbində məhəbbət və nifrətin sonsuzluğu ilə qarşılaşırıq.

Elinə dönənin ilki mən oldum,
Torpağa səpilən toxum-dən oldum,
Bitməşəm daşlaşıb bir Vətən ollam,
Bircə yurd yerimə yolum açılsın.


Yaxşı deyiblər, bir var şair olmaq istəyəsən, bir də var şair doğulasan.
Sahib İlyasoğlu təpədən dırnağa kimi poeziya divanəsi, söz xiridarıdır.
Şairin hər bir misrası, hər beyti, bəndi eldən, olmuş əhvalatlardan, xalqımızın tarixindən gəlir.
Elə bil, bunları Sahib İlyasoğlu düzmür, qaçmır, xalq müdrikliyimizin neçə minillik məhsulunu öz təfəkküründə toplayıb beyninin, qanının çeşməsində sıxıb, süzüb, misra-misra elə qaytarır.
«Qara zurnam» şeirində:

Qamışlıdan Saqan Məmməd,
Qızıldaşdan dayım Əhməd,
Sarıyallı Ustad Rəşid,
Aldı şöhrət minnətdaram,
Qara zurnam, qara zurnam.


Sahib İlyasoğlu poeziyasının mövzuları geniş və rəngarəngdir.
Yurd, el-oba sevgisi onun şeirlərinə günəş şüalarının zərrələri kimi səpələnmişdir.
Sahib İlyasoğlu vətəni bütöv görmək arzuları ilə yaşayan, bu yolda varından yox olmağa hazır olan vətəndaş bir şairdir:

Amandayam, qeyrət gələ,
Pərçim ollam gülə-gülə,
Çoxu bilmir məni hələ,
Coşub daşan selindəyəm.


«Yurdumun quruca adı qalıbdır» kitabında ən maraqlı və yaddanqalan bədii detallar İlyas əmimim söylədikləri əhvalatlardır. Bu əhvalatlar el-obanın dillər əzbəridir. İlk dəfə olaraq onun yazıya alınması, bir növ tarixləşməsinə səbəb Sahib müəllimin qələminin məhsulu kimi yaddaşlarda qalacaqdır.

Yurd pərvanəsi Sahib İlyasoğlunun mövzularının əhatə dairəsi geniş olduğu kimi dili də sadə və rəvandır.
Şair şeir dilində çoxlusayda qərb dialekt və ləhcəsinə məxsus sözlərişlədilmişdir (kirimişcə – sakit, pələsəng – ətrafa dağılmaq, cijim – anam, höcət – acığadüşən, çırmanmaq – şalvarın dizlərini qatlamaq və s.).
Təbii ki, əbəs yerə deyilməmişdir ki, tariximiz dialektlərdə də yaşayır.
Gələcək dilçi-tədqiqatçılar üçün şairin yaradıcılığı bir örnək, mənbə ola bilər.
Sahib Ömərovun poeziyası getdikcə müdrikləşir, daha dolğun rəngalır.

O da bəllidir ki, hər dövrün özgörünən adamı,
öz poeziyası olur.
Müasir dövrün belə görünən poeziya xiridarlarından biri Sahib Ömərovdur.
İndi Sahib İlyasoğlu Ömərov riyaziyyatçı-müəllim-şair kimi öz xalqının xidmətindədir.
Bu yolla ona arzularının sayı qədər ömür və
yeni-yeni yaradıcılıq uğurları arzu edirik.


Arif Kazımov,
Filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: