YEL DAĞINDA...
Görürəm ki, yaz fəslidi, İlin - günün saz fəslidi, Sarı nərgiz nəfəslidi, Gül qoxuyur, gül Borçalı. Vətənim cənnət qoxuyur, Güllərdən çələng toxuyur, Qaz susur, bülbül oxuyur, Gül qoxuyur, gül Borçalı. Yel dağında yanı üstə Uzanıb Müşfiq Borçalı. Yan - yörəsi bönövşələr, Gül qoxuyur, gül Borçalı.