Gün — bulud əsiri, dan yeri küskün, Yağır, yal-yamacın çəməni yağır. Göydən Yer üzünə kəkotu, yarpız, Göydən Yer üzünə səməni yağır. Hələ yumuludur bahar əlləri, Qaranquş gəlməyib, dimdiyində su. Novruz xonçasından bağ ətri gəlir, Gəlir, gözlərində bahar yuxusu. İncimi səpilir qar dənəsində?! —