Ülvi duyğularım qırıldı bənd-bənd, Çapdı xəyalımı ağ at, göy səmənd. Yolumu gözlədi getmədiyim kənd, Şəhərə gəldiyim o gündən bəri . Başımda yüz yana əsdi küləklər Yapışdı yaxamdan həzin qəm -kədər, Yatanda kənd gördüm,duranda şəhər, Şəhərə gəldiyim o gündən bəri. Gah yelə,gah qara, sazağa düşdüm