İstedadlı jurnalist, döyüşçü-kəşfiyyatçı Rey Kərimoğlunun “Kod adı: “Rey” (kəşfiyyatçının xatirələri) adlı kitabını (Bakı, “Qanun” nəşriyyatı, 2017, 252 səh.) bir nəfəsə oxudum. Oxudum demək olmaz, öldüm-dirildim. Psixoloji sarsıntı keçirdim. Sanki hadisələrin içindəydim. Faktlar o qədər dəqiq,